Kontentə keç

Soldan sağa, yuxarı cərgə: Serqey Aqacanov, Lyubov Asatryan, Qalina Derqaçova və İnna Kardakova

Orta cərgə: İrina Xvostova, Qalina Peçko, Konstantin Petrov, İvan Pyuda və Viktor Revyakin

Aşağı cərgə: Mixail Solntsev və yoldaşı Oksana, Serqey Yerkin və Yevgeniy Zyablov

17 OKTYABR 2022 | YENİLƏNİB: 7 MART 2024
RUSİYA

On üç dindaşımız Maqadan məhkəməsində | YENİLƏNİB. MƏHKUM EDİLDİLƏR

On üç dindaşımız Maqadan məhkəməsində | YENİLƏNİB. MƏHKUM EDİLDİLƏR

6 mart 2024-cü il tarixində Maqadan Vilayətinin Maqadan Şəhər Məhkəməsi bu dindaşlarımızı məhkum etdi: Serqey Aqacanov, Lyubov Asatryan, Qalina Derqaçova, İnna Kardakova, İrina Xvostova, Qalina Peçko, Konstantin Petrov, İvan Puyda, Viktor Revyakin, Mixail Solntsev, Oksana Solntseva, Serqey Yerkin və Yevgeniy Zyablov.

Serqey Aqacanov, Lyubov, Qalina Derqaçova, İnna, İrina, Qalina Peçko, Viktor, Mixail və Oksana hər biri üç illik şərti həbs cəzasına məhkum edilib. Yevgeniyə beş illik, Konstantin, İvan və Serqey Yerkinə isə yeddi illik şərti həbs cəzası verilib. Bu bacı-qardaşlardan heç biri bu dəfə həbsə salınmayacaq.

Hadisələrin gedişatı

  1. 30 may 2018-ci il

    İvan, Konstantin, Serqey Yerkin və Yevgeniy barədə cinayət işi açıldı. Onları «ekstremist» təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham etdilər.

  2.  1 iyun 2018-ci il

    Bu dörd qardaş istintaq təcridxanasına salındı.

  3. 3 avqust 2018-ci il

    Konstantin istintaq təcridxanasından ev dustaqlığına buraxıldı.

  4. 5 oktyabr 2018-ci il

    İvan, Serqey Yerkin və Yevgeniy ev dustaqlığına buraxıldı.

  5. 20 mart 2019-cu il

    Serqey Aqacanov, Qalina Derqaçova, İnna, İrina, Lyubov, Mixail, Oksana və Viktor barədə cinayət işi açıldı. Onlardan başqa yerə getməmək barədə iltizam götürüldü.

  6. 27 mart 2019-cu il

    İvan, Konstantin, Serqey Yerkin və Yevgeniy ev dustaqlığından azad edildi. Onlardan başqa yerə getməmək barədə iltizam götürüldü.

  7. 1 aprel 2019-cu il

    Cinayət işləri bir icraatda birləşdirildi.

  8. 2 mart 2021-ci il

    Qalina Peçkodan başqa yerə getməmək barədə iltizam götürüldü.

  9. 5 mart 2021-ci il

    Qalina Peçko qadağan olunmuş təşkilatın fəaliyyətində iştirak etməkdə ittiham edildi. Onun cinayət işi digər 12 bacı-qardaşın cinayət işi ilə bir icraatda birləşdirildi.

  10. 25 aprel 2022-ci il

    Cinayət işi üzrə məhkəmə araşdırması başladı.

Dindaşlarımız barədə məlumat

Bacı-qardaşlarımız «Məsihin adına görə» təhqir olunsalar da, sevinclərini qoruya bilirlər, «çünki şərəf ruhu, yəni Allahın ruhu» üzərlərindədir (1 Butrus 4:14).

a Serqey Aqacanov qardaşdan müsahibə götürmək hələ ki mümkün deyil.