Kontentə keç

Soldan sağa: Yekaterina Olşevskaya, Kristina Qolik, Valentina Yermilova və Mariya Myasnikova

9 FEVRAL 2024
RUSİYA

Onlar şübhələrə əminliklə qalib gəlirlər

Onlar şübhələrə əminliklə qalib gəlirlər

Amur Vilayətinin Blaqoveşşensk Şəhər Məhkəməsi tezliklə Kristina Qolik, Yekaterina Olşevskaya, Mariya Myasnikova və Valentina Yermilovanın işi üzrə qərarını elan edəcək. Prokuror onlar üçün istədiyi cəza növünü hələ bildirməyib.

Bacılar barədə məlumat

Yehovaya etibar edən bu bacıların nümunələrinə görə çox minnətdarıq. Əminik ki, Yehova bundan sonra da onların qeydinə qalacaq və bol nemətlər verəcək (Zəbur 27:3).

Hadisələrin gedişatı

  1. 20 iyul 2018-ci il

    Evlərində axtarış aparıldı

  2. 22 iyul 2021-ci il

    Dörd bacımızın hamısı ittiham olundu

  3. 27 iyul 2021-ci il

    Kristina və Mariyadan başqa yerə getməmək barədə iltizam alındı

  4. 3 avqust 2021-ci il

    Yekaterinadan başqa yerə getməmək barədə iltizam alındı

  5. 4 avqust 2021-ci il

    Valentinadan başqa yerə getməmək barədə iltizam alındı

  6. 26 may 2023-cü il

    Cinayət işi üzrə məhkəmə icraatı başladı