Kontentə keç

Soldan sağa, yuxarı cərgə: Vasili Burenesku, Viktor Fefilov, İqor Kobotov və İqor Petrov. Aşağı cərgə: Leonid Rısikov, İqor Trifonov, Pavel Romaşov və həyat yoldaşı Viyola Şepel

26 İYUL 2022 | YENİLƏNİB: 6 DEKABR 2023
RUSİYA

Onlar cəsarətlə və sevinclə dözürlər | YENİLƏNİB. DİNDAŞLARIMIZ MƏHKUM OLUNDULAR

Onlar cəsarətlə və sevinclə dözürlər | YENİLƏNİB. DİNDAŞLARIMIZ MƏHKUM OLUNDULAR

5 dekabr 2023-cü il tarixində Surqut Şəhər Məhkəməsi (Xantı-Mansi Muxtar Mahalı—Yuqra) 17 qardaş və bir bacımızı təqsirli bildi. Onların arasında Vasili Burenesku, Viktor Fefilov, İqor Kobotov, İqor Petrov, Leonid Rısikov, İqor Trifonov, Pavel Romaşov və onun həyat yoldaşı Viyola Şepel a də var. Qardaşlar altı il üç aydan yeddi ilədək, Viyola bacı isə üç il üç ay müddətinə şərti həbs cəzasına məhkum olundu. Cəza şərti olduğu üçün onlar həbsə salınmayacaqlar.

Hadisələrin gedişatı

  1. 15 fevral 2019-cu il

    Polislər Surqutda və ətraf şəhərlərdə yaşayan çoxlu sayda Yehovanın Şahidinin evində axtarış keçirdi. Sorğu-sual zamanı yeddi qardaşa işgəncə verilib. Üç qardaş təcridxanaya salındı. Bir qardaş isə psixiatriya xəstəxanasına müayinəyə göndərildi.

  2. 3 oktyabr 2019-cu il

    Viktorun, İqor Kobotovun, İqor Petrovun, Leonidin, İqor Trifonovun, Pavelin və Viyolanın adı ekstremistlər siyahısına salındı.

  3. 10 oktyabr 2019-cu il

    Vasilinin adı ekstremistlər siyahısına salındı.

  4. 23 iyul 2020-ci il

    İqor Petrovun evində ikinci dəfə axtarış keçirildi və bir çox şəxsi əşyasına əl qoyuldu.

  5. 29 oktyabr 2021-ci il

    Cinayət işi üzrə məhkəmə araşdırması başladı.

Dindaşlarımız barədə qısa məlumat

Bacı-qardaşlarımız «dərd-bəla, ağrı-acı, təqiblər,.. təhlükə» ilə üzləşirlər. Amma biz əminik ki, Yehovanın sevgisi və dəstəyi ilə onlar «hər şeyə qalib [gələcəklər]» (Romalılara 8:35, 37).

a b Evləndikdən sonra soyadını dəyişməyib.