13 FEVRAL 2024
RUSİYA
Onlar diqqətlərini Yehovaya xidmət etmək şərəfinə cəmləyiblər
Krasnodar Vilayətinin Vıselkovski Rayon Məhkəməsi tezliklə Yevgeni Boçko, Vladimir Kolesnikov, Aleksey Şubnikov, Vitali Uşakov və Valeri Veçkayevin işi ilə bağlı öz qərarını elan edəcək. Prokuror onlar üçün istədiyi cəza növünü hələ bildirməyib.
Dindaşlarımız haqda məlumat
Biz əminik ki, Yehova bu qardaşlarımıza, həmçinin Ona sığınanlara sevinc və güc verəcək (Zəbur 141:8).
Hadisələrin gedişatı
11 fevral 2022-ci il
Yevgeni, Aleksey, Vitali və Valeri barəsində cinayət işi açıldı
13 fevral 2022-ci il
Evlərində axtarış aparıldı. Yevgeni, Aleksey və Vitali sorğu-sual edildi. Vitali müvəqqəti saxlama təcridxanasına salındı
15 fevral 2022-ci il
Vitali istintaq təcridxanasına salındı
16 fevral 2022-ci il
Yevgeni və Alekseydən başqa yerə getməmək barədə iltizam götürüldü
18 fevral 2022-ci il
Valeridən başqa yerə getməmək barədə iltizam götürüldü
21 fevral 2022-ci il
Vladimir barəsində cinayət işi açıldı
15 mart 2022-ci il
Vladimirdən başqa yerə getməmək barədə iltizam götürüldü. Cinayət işləri birləşdirildi
8 sentyabr 2022-ci il
Vitali istintaq təcridxanasından ev dustaqlığına keçirildi
10 oktyabr 2022-ci il
Vitali ev dustaqlığından azad olundu və ondan başqa yerə getməmək barədə iltizam götürüldü
31 may 2023-cü il
Cinayət işi üzrə məhkəmə icraatı başladı