27 MART 2024 | YENİLƏNİB: 13 MAY 2024
RUSİYA
Onlar qətiyyətli, hazırlıqlı və nikbindirlər | YENİLƏNİB. QARDAŞLAR TƏQSİRLİ BİLİNDİLƏR
13 may 2024-cü il tarixində Barnaul Şəhərinin Leninski Rayon Məhkəməsi (Altay vilayəti) qardaşlarımız Yuri Kolotinski, Mixail Reşetnikov və Anatoli Sarıçevi təqsirli bilərək iki il üç ay müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün qardaşlarımız həbsxanaya salınmayacaqlar.
Dindaşlarımız barədə məlumat
Biz müasir dövrdə Yehovaya iman və güvənc nümunələri olan bacı-qardaşlarımıza görə minnətdarıq. Biz əminik ki, Yehovanın məhəbbəti və sədaqəti onlara yar olacaq (Zəbur 25:10).
Hadisələrin gedişatı
25 may 2021
Mixail barəsində cinayət işi açılır
27 may 2021
Mixailin evində axtarış aparılır. O və Antonina sorğu-suala çəkilir. Mixaildən başqa yerə getməmək barədə iltizam alınır
6 oktyabr 2022
Anatoli və Yuri barəsində cinayət işi açılır. Onların işi Mixailin işi ilə bir icraatda birləşdirilir
7 oktyabr 2022
Anatoli və Yuridən başqa yerə getməmək barədə iltizam alınır
19 yanvar 2023
Cinayət işi üzrə məhkəmə icraatı başlayır