Kontentə keç

İrina Perefileva

1 MAY 2023 | YENİLƏNİB: 30 AVQUST 2023
RUSİYA

«Problemlərim müvəqqətidir» | YENİLƏNİB. BACI MƏHKUM EDİLDİ

«Problemlərim müvəqqətidir» | YENİLƏNİB. BACI MƏHKUM EDİLDİ

28 avqust 2023-cü il tarixində Qaraçay-Çərkəz Respublikasının Urupski Şəhər Məhkəməsi İrina Perefileva bacını təqsirli bilərək beş il yarım müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün bacı həbsə salınmayacaq.

Bacı barədə məlumat

İrina kimi biz də bilirik ki, çəkdiyimiz əziyyətlər nə qədər şiddətli olsa da, onlar Yehovanın sadiq xidmətçilərinə bəxş edəcəyi nemətlərin yanında «qısamüddətli və yüngül»dür (2 Korinflilərə 4:17).

Hadisələrin gedişatı

  1. 9 yanvar 2021-ci il

    Evində axtarış aparıldı.

  2. 22 noyabr 2021-ci il

    Cinayət işi açıldı.

  3. 23 noyabr 2021-ci il

    Evində yenidən axtarış aparıldı.

  4. 29 noyabr 2021-ci il

    Ekstremist təşkilatın fəaliyyətində iştirak etməkdə ittiham olundu.

  5. 15 oktyabr 2022-ci il

    Ondan başqa yerə getməməklə bağlı iltizam alındı.

  6. 6 dekabr 2022-ci il

    Cinayət işi üzrə məhkəmə icraatı başladı.