Kontentə keç

30 İYUN 2020
RUSİYA

Prokuror Dennis Kristensenin vaxtından əvvəl azadlığa buraxılması haqqında qərardan şikayət verib

Prokuror Dennis Kristensenin vaxtından əvvəl azadlığa buraxılması haqqında qərardan şikayət verib

Təzəlikcə öyrəndiyimiz kimi, Kursk Vilayət Prokurorluğunun prokuroru A. A. Şatunov Dennis Kristensen qardaşın vaxtından əvvəl azadlığa buraxılması barədə məhkəmənin çıxardığı qərardan apellyasiya şikayəti verib. Vəkillər bu şikayətə etiraz bildirəcəklər. Amma sözsüz ki, məhkəmə bu işə baxana qədər bir neçə həftə keçəcək. Həbsxana rəhbərliyi Dennis qardaşı on gün müddətinə cəza kamerasına salıb. Buna baxmayaraq, o ruhdan düşmür. Əziz bacı-qardaşlar, Dennis qardaşa və İrina bacıya görə durmadan dua etdiyiniz üçün sizə təşəkkür edirik.