Kontentə keç

Qalina Abrosimova

10 MAY 2022
RUSİYA

Qalina Abrosimova qorxularına qalib gəlir | YENİLƏNİB

Qalina Abrosimova qorxularına qalib gəlir | YENİLƏNİB

11 avqust 2022-ci il tarixində Nijnı Novqorod Vilayət Məhkəməsi Qalina Abrosimovanın apelyasiya şikayətini təmin etmədi. Cəza şərti olduğu üçün bu dəfə o həbsə salınmayacaq.

2022-ci il mayın 6-sı Nijnı Novqorod Vilayətinin Sovetski Rayon Məhkəməsi Qalinanı təqsirli bilib, altı illik şərti həbs cəzasına məhkum etdi.

Hadisələrin gedişatı

  1. 4 iyun 2019-cu il

    Müstəntiqlər Nijnı Novqorod vilayətində yaşayan bəzi Yehovanın Şahidləri barəsində cinayət işi açdı. Onları görüşlər təşkil etməkdə, ianə toplamaqda və başqalarını qadağan olunmuş dini təşkilata qoşulmağa təşviq etməkdə ittiham etdilər.

  2. 17 iyul 2019-cu il

    Yehovanın Şahidlərinə məxsus 35 evdə axtarış keçirildi. Qalinanı həbs etdilər və iki gün istintaq təcridxanasında saxladılar.

  3. 19 oktyabr 2021-ci il

    Qalinanın cinayət işi üzrə məhkəmə iclası başladı.

Bacı barədə məlumat

Biz əminik ki, Yehova bundan sonra da Rusiyadakı bacı-qardaşlarımıza cəsarət verəcək. Beləcə, onlar «hakimlərin və padşahların» qabağında gözəl şahidlik verəcəklər (Mark 13:9).