Kontentə keç

26 YANVAR 2021
RUSİYA

Qalina Parkova şərti həbs cəzasına məhkum edilib

Qalina Parkova şərti həbs cəzasına məhkum edilib

26 yanvar 2021-ci il tarixində Rostov-Don şəhərinin Leninski Rayon Məhkəməsi Qalina Parkovanı iki il üç ay müddətinə şərti həbs cəzasına məhkum edib. Cəza şərti olduğu üçün bu dəfə o həbsə salınmayacaq.

Məhkəmə qarşısında son sözü ilə çıxış edərkən o, cəsarətlə dedi: «İmanlı bir insan kimi, mən bugünkü çətinliklərimin səbəbini bilirəm. Bu barədə Ağam İsa Məsih peyğəmbərlik etmişdi. “Yəhyanın müjdəsi”nin 15-ci fəslinin 20-ci ayəsində o deyib: “Nökər ağasından üstün deyil. Məni təqib ediblərsə, sizi də təqib edəcəklər”.

Əgər onlar insanlara şəfa verən, yedizdirən, Atası və gələcək Padşahlıq barədə təlim verən İsa ilə bu cür rəftar edirdilərsə, məgər onun davamçıları ilə başqa cür rəftar edəcəklər? İmanıma görə təqib olunmağım məni bir daha əmin etdi ki, mən düz yoldayam».