Kontentə keç

Konstantin Sannikov

8 APREL 2022 | YENİLƏNİB: 16 FEVRAL 2023
RUSİYA

Qardaş həbsdə ola-ola, ailəsinin ruhani tələbatlarının qayğısına qalır | YENİLƏNİB. HƏBS CƏZASI

Qardaş həbsdə ola-ola, ailəsinin ruhani tələbatlarının qayğısına qalır | YENİLƏNİB. HƏBS CƏZASI

15 fevral 2023-cü il tarixində Kazan Şəhərinin Sovetski Rayon Məhkəməsi Konstantin Sannikovu təqsirli bilərək onu altı il yarım müddətinə həbsə məhkum etdi. O, 2020-ci ilin avqust ayından məhkəməyədək həbsdə idi və qərarın elanından sonra da həbsdə qaldı.

Hadisələrin gedişatı

  1. 25 avqust 2020-ci il

    Konstantin barədə cinayət işi açıldı. Məlum oldu ki, onun mənzilində dinləmə qurğusu quraşdırılmışdı. Evində dostları ilə birgə Müqəddəs Kitabla bağlı söhbətləri ekstremist fəaliyyətin təşkili kimi qiymətləndirildi.

  2. 27 avqust 2020-ci il

    Konstantini tutub məhkəməyədək həbsə saldılar.

  3. 26 may 2021-ci il

    Məhkəmənin qərarı ilə Konstantinin həyat yoldaşı İrinaya onunla görüşmək qadağan edildi. O, hələ də əri ilə görüşə bilmir.

  4. 20 avqust 2021-ci il

    Cinayət işi üzrə məhkəmə araşdırması başladı.

Qardaş barədə məlumat

Konstantinin həbsdə olmasına baxmayaraq, ailəsinin qayğısına qalması bizi çox ruhlandırır. Yehova da harada olmalarından asılı olmayaraq, Onun ailəsinə daxil olanları heç vaxt atmır (1 Timutiyə 5:8).

a Konstantin hal-hazırda həbsdə olduğu üçün ondan müsahibə götürmək mümkün olmayıb.