Kontentə keç

Yuxarı cərgə (soldan sağa): İvan Çaykovski, Yuri Çernışev

Aşağı cərgə (soldan sağa): Vitali Komarov, Sergey Şatalov, Vardan Zakaryan

7 İYUN 2022 | YENİLƏNİB: 3 APREL 2023
RUSİYA

Qardaşlar Yehovaya güvənərək dözüm göstərir | YENİLƏNİB. HƏBS CƏZASI

Qardaşlar Yehovaya güvənərək dözüm göstərir | YENİLƏNİB. HƏBS CƏZASI

31 mart 2023-cü ildə Moskvanın Babuşkinski Rayon Məhkəməsi İvan Çaykovski, Yuri Çernışev, Vitali Komarov, Sergey Şatalov və Vardan Zakaryan barəsində qərarını elan edib. İvan, Yuri, Vitali və Sergey altı il üç ay, Vardan isə dörd il üç ay müddətinə həbsə məhkum edilib. Onlar elə məhkəmə zalındaca həbs olunublar.

Hadisələrin gedişatı

  1. 24 noyabr 2020-ci il

    Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvada yaşayan əz azı 20 Yehovanın Şahidinin evində reydlər keçirdi. Onlar İvanı, Yurini, Vitalini və Sergeyi müvəqqəti təcridxanada saxladılar. Yurinin evində axtarış aparılanda, onu və ailəsini sorğu-sual edəndə video çəkilişlər aparıldı. Bu kadrlar dövlət kanalında yayımlandı.

  2. 26 noyabr 2020-ci il

    Sergey təcridxanadan azad edildi və ev dustaqlığına buraxıldı. Axtarış zamanı xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilən Vardan oradan təcridxanaya göndərildi.

  3. 27 noyabr 2020-ci il

    Məhkəmənin qərarı ilə İvan, Yuri və Vitali təcridxanadan azad edilib ev dustaqlığına buraxıldı.

  4. 30 noyabr 2020-ci il

    Məhkəmənin qərarı ilə Vardan təcridxanadan azad edilib ev dustaqlığına buraxıldı. Azadlığa çıxan kimi Vardan ona qarşı qeyri-qanuni olaraq güc tətbiq etdikləri üçün polis əməkdaşları haqda şikayət ərizəsi yazdı.

  5. 16 fevral 2022-ci il

    Cinayət işi üzrə məhkəmə araşdırması başladı.

Qardaşlar barədə məlumat

Əziz dindaşlarımızın yaşadıqları açıq-aydın sübut edir ki, insan Yehovaya yaxınlaşırsa, Yehova da ona yaxınlaşır (Yaqub 4:8).