21 FEVRAL 2022 | YENİLƏNİB: 31 İYUL 2023
RUSİYA
Qardaşlar dindaşlarının köməyilə imanlarını möhkəmləndirirlər | YENİLƏNİB. CƏRİMƏ OLUNDULAR
28 iyul 2023-il tarixində Kareliya Respublikasının Petrozavodsk Şəhər Məhkəməsi Maksim Amosov, Mixail Qordeyev, Nikolay Leşşenko və Dmitri Ravnuşkini təqsirli bildi. Qardaşlar 450 000—500 000 rubl (4909—5455 ABŞ dolları) arasında cərimə olundular.
Hadisələrin gedişatı
31 iyul 2019-cu il
FTX əməkdaşları 16 Yehovanın Şahidinin evində və iş yerlərində axtarış apardı.
2 avqust 2019-cu il
Maksimdən başqa yerə getməmək barədə iltizam götürüldü. Nikolay barədə cinayət işi açıldı və başqa yerə getməmək barədə iltizam götürüldü.
6 avqust 2019-cu il
Maksim və Nikolayı «cinayət törətməkdə» — Müqəddəs Kitabı araşdırmaqda ittiham etdilər.
5 sentyabr 2019-cu il
FTX əməkdaşları Mixailin iş yerinə gəlib onu tutdular, kompüterini isə müsadirə etdilər. Mixail barədə cinayət işi açıldı.
20 sentyabr 2019-cu il
FTX əməkdaşları Dmitrinin iş yerində axtarış keçirdilər və onun telefonunu müsadirə etdilər. Müstəntiq dörd saat Dmitrini sorğu-sual etdi, barəsində cinayət işi açdı və ondan başqa yerə getməmək barədə iltizam götürdü.
18 oktyabr 2021-ci il
Cinayət işi üzrə məhkəmə araşdırması başladı.
Qardaşlar barədə məlumat
Rusiyadakı dindaşlarımızın təqiblərə rəğmən həqiqət yolunda yeridiklərini bilməkdən böyük sevinc duyuruq (3 Yəhya 4).