Kontentə keç

Pavel Popov

25 MAY 2022
RUSİYA

«Qorxmaq lazım deyil» | YENİLƏNİB

«Qorxmaq lazım deyil» | YENİLƏNİB

Çelyabinsk Şəhərinin Metallurqiçeski Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli qərarı ilə Pavel Popov altı il müddətinə şərti həbs cəzasına məhkum edildi. Cəza şərti olduğu üçün bu dəfə qardaş həbsə salınmayacaq.

Hadisələrin gedişatı

  1. 26 mart 2019-cu il

    10 nəfərdən ibarət maskalı və avtomatlarla silahlanmış dəstə Popovların yaşadığı evə basqın etdi. Evə daxil olmaq üçün dəmirçi çəkicindən istifadə ediblər.

  2. 22 aprel 2021-ci il

    Pavel barədə cinayət işi açıldı.

  3. 18 may 2021-ci il

    Popovların evində ikinci dəfə axtarış keçirildi. Bundan sonra Paveli, həyat yoldaşı Yelenanı və onların 13 yaşlı qızını aparıb sorğu-sual etdilər.

  4. 31 avqust 2021-ci il

    Pavelin adını terroristlər və ekstremistlər siyahısına saldılar.

  5. 29 noyabr 2021-ci il

    Cinayət işi üzrə məhkəmə araşdırması başladı.

Qardaş barədə məlumat

Əminik ki, Yehova sınaqlara cəsarətlə sinə gərən və Ona sadiq qalan xidmətçilərinə həmişə dəstək olacaq və mükafatlandıracaq (2 İşmuil 22:19—21).