Kontentə keç

26 FEVRAL 2021
RUSİYA

Raymanlar cütlüyünün cəza müddəti azaldıldı

Raymanlar cütlüyünün cəza müddəti azaldıldı

26 fevral 2021-ci il tarixində Kostroma Vilayət Məhkəməsi Sergey Rayman və onun həyat yoldaşı Valeriya barədə 2020-ci ilin oktyabr ayında çıxarılmış hökmü təsdiqlədi. Bununla belə, onlara təyin olunmuş cəza müddəti azaldıldı. Sergeyin şərti həbs cəzası səkkiz ildən üç ilədək, Valeriyanınkı isə yeddi ildən iki ilədək azaldıldı. Bu dəfə onlar həbsə getməyəcəklər.