Kontentə keç

24 FEVRAL 2021
RUSİYA

Roman Baranovski və yaşlı anası Valentina Baranovskaya həbsə məhkum edildilər

Roman Baranovski və yaşlı anası Valentina Baranovskaya həbsə məhkum edildilər

24 fevral 2021-ci il tarixində Xakas Respublikasının Abakan Şəhər Məhkəməsi qardaşımız Roman Baranovskini altı il müddətinə, anası Valentina Baranovskayanı isə iki il müddətinə həbsə məhkum etdi. Valentina imanına görə Rusiyada həbsə məhkum edilən ilk bacıdır. 2021-ci ilin aprel ayında Valentinanın 70 yaşı tamam olacaq. 2020-ci ilin iyul ayında o, insult keçirib.

Hökm elan edildikdən sonra onların hər ikisi həbsə alındı. Hökmdən şikayət veriləcək.