Kontentə keç

Soldan sağa: Roman Markin və Viktor Trofimov həbsdən əvvəl

17 YANVAR 2020
RUSİYA

Roman Markin və Viktor Trofimovu altı il yarım müddətinə həbs edə bilərlər

Roman Markin və Viktor Trofimovu altı il yarım müddətinə həbs edə bilərlər

22 yanvar 2020-ci il tarixində qardaşlarımız Roman Markin və Viktor Trofimovun işi üzrə qərarın çıxarılması gözlənilir. Prokuror məhkəmədən onlara altı il yarım müddətinədək həbs cəzası verməyi xahiş edib.

Qardaşların sınaqları 18 aprel 2018-ci il tarixində başlayıb. Həmin gün xüsusi təyinatlı dəstənin maskalı əməkdaşları onların Polyarnı (Rusiya) şəhərindəki evlərinə reyd keçirib. Gecə vaxtı Roman Markinin evinə gələn polis əməkdaşları qapını sındırıb içəri keçdilər. Onlar qardaşa avtomatlar tuşlayıb yerə uzanmağı əmr etdilər və evdə axtarış aparmağa başladılar. Reyd zamanı evdə olan Roman qardaşın 16 yaşlı qızı da yerə uzanıb başını əlləri ilə bağladı.

Həmin gecə Polyarnı şəhərində Yehovanın Şahidlərinin yaşadığı daha dörd evə reyd keçirilib. Roman və Viktor da daxil olmaqla, polis təxminən 10 bacı-qardaşı sorğu-sual üçün şöbəyə apardı. Murmansk şəhərinin Polyarnı Rayon Məhkəməsi Roman və Viktorun məhkəməyədək həbsə alınmasına qərar verdi. Təxminən altı ay sonra onları ev dustaqlığına keçirdilər. Dörd aydan sonra, 7 fevral 2019-cu il tarixində onları ev dustaqlığından azad etdilər. Lakin buna baxmayaraq, məhkəmənin qərarı verilənədək onların səfərlər etmək və ünsiyyət etmək hüquqlarına məhdudiyyət qoyulub.

Rusiyada təxminən 300 Yehovanın Şahidi barədə cinayət işi açılıb. Biz dua edirik ki, onların hamısı bundan sonra da cəsur və əzmli qalsınlar. Biz əminik ki, Allahın məhəbbətindən onları heç nə ayıra bilməz (Romalılara 8:38, 39).