25 FEVRAL 2021
RUSİYA
Roman Qridasovun vəsatəti rədd edildi
25 fevral 2021-ci il tarixində Orenburq Vilayət Məhkəməsi Roman Qridasovun şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə vəsatətini rədd etdi. Ona təyin olunmuş cəza 2021-ci ilin avqust ayında bitməlidir və o vaxta qədər o, həbsdə qalacaq. Roman 2019-cu ilin sentyabr ayında tutulub. O, 2020-ci ilin fevral ayında həbsxana nəzarətçiləri tərəfindən döyülmüş beş qardaşdan biridir.