26 SENTYABR 2022 | YENİLƏNİB: 16 YANVAR 2023
RUSİYA
Ruhani cəhətdən möhkəm qalmaq qorxulara qalib gəlməyə kömək edir | YENİLƏNİB. QARDAŞA HÖKM OXUNDU
12 yanvar 2023-cü il tarixində Tuva Respublikasının Kızılskiy Şəhər Məhkəməsi Anatoliy Senin qardaşı təqsirli bildi və onu altı il müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün qardaş həbsə salınmayacaq.
Hadisələrin gedişatı
28 yanvar 2021-ci il
Evində axtarış aparılandan sonra müvəqqəti saxlama kamerasına salındı.
30 yanvar 2021-ci il
Təcridxanadan buraxıldı və ev dustaqlığına məhkum edildi.
27 mart 2021-ci il
Ev dustaqlığından azad edildi və ondan başqa yerə getməmək barədə iltizam götürüldü.
17 yanvar 2022-ci il
Yehovanın Şahidlərinin fəaliyyətini təşkil etməkdə təqsirli bilindi.
6 aprel 2022-ci il
Cinayət işi üzrə məhkəmə araşdırması başladı.
Qısa məlumat
Biz İsa Məsihin şagirdlərinə dediyi bu sözlərdən təsəlli tapa bilərik: «Qoy ürəyiniz narahat olmasın, qorxmayın» (Yəhya 14:27).