Kontentə keç

Aleksey Kupriyanov və yoldaşı Yelena

YENİLƏNİB: 21 SENTYABR 2023
RUSİYA

«Ruhani cəhətdən qeydimizə qaldığına görə Yehovaya minnətdarlığım daha da artdı» | YENİLƏNİB. QARDAŞ MƏHKUM EDİLDİ

«Ruhani cəhətdən qeydimizə qaldığına görə Yehovaya minnətdarlığım daha da artdı» | YENİLƏNİB. QARDAŞ MƏHKUM EDİLDİ

15 sentyabr 2023-cü il tarixində Vladimir Vilayətinin Kovrovski Şəhər Məhkəməsi Aleksey Kupriyanov qardaşı təqsirli bilərək bir il müddətinə həbs etdi. Amma məhkəməyədək həbsdə və ev dustaqlığında keçirdiyi müddət nəzərə alınaraq onun cəzası artıq çəkilmiş sayıldı. Qardaş həbsxanaya göndərilməyəcək.

Qardaş barədə məlumat

Biz də «İblisin hiylələrinə sinə gərmək üçün Allahın verdiyi bütün yaraqları» əynimizə geyinməyə qəti qərarlıyıq (Efeslilərə 6:11).

Hadisələrin gedişatı

  1. 17 fevral 2021-ci il

    Kupriyanovların evi də daxil olmaqla, rəsmilər yeddi Yehovanın Şahidinin evində axtarış apardı. 23 dindaşımız sorğu-sual edildi.

  2. 28 iyun 2021-ci il

    Cinayət işi açıldı. İbadət görüşlərində iştirak etməklə ekstremist təşkilatın fəaliyyətini dəstəkləməkdə ittiham olundu.

  3. 8 iyul 2021-ci il

    İkinci dəfə evində axtarış aparıldı. Sorğu-sual edildi və müvəqqəti saxlama təcridxanasına salındı.

  4. 9 iyul 2021-ci il

    İstintaq təcridxanasına köçürüldü.

  5. 19 noyabr 2021-ci il

    İstintaq təcridxanasından azad olundu və ev dustaqlığına məhkum edildi.

  6. 21 iyun 2022-ci il

    Ev dustaqlığı müəyyən məhdudiyyətlərlə əvəz olundu.

  7. 4 oktyabr 2022-ci il

    Cinayət işi üzrə məhkəmə icraatı başladı.