Kontentə keç

Maksim Beltikov

24 SENTYABR 2021
RUSİYA

Ruhani işlərdə müntəzəm olmaq Maksim Beltikova güc verir

Ruhani işlərdə müntəzəm olmaq Maksim Beltikova güc verir

YENİLƏNİB | Maksim Beltikov məhkum edildi

17 yanvar 2022-ci il tarixində Krasnodar Vilayətinin Pavlovski Rayon Məhkəməsi Maksim Beltikovu iki il müddətinə həbsə məhkum etdi. Hökm dərhal qüvvəyə mindi.

Hadisələrin gedişatı

  1. 29 iyun 2020-ci il

    Maksimdən başqa yerə getməmək barədə iltizam götürüldü.

  2. 23 iyun 2020-ci il

    Maksim barədə cinayət işi açıldı. Onu «dini-tədris məşğələləri» keçirməkdə, onlarda iştirak etməkdə, o cümlədən «dini ədəbiyyata əsaslanan mühazirələr söyləməkdə və qulaq asmaqda» ittiham etdilər.

  3. 29 aprel 2020-ci il

    Maksimin evində axtarış aparıldı. Sonra onu sorğu-sual etdilər.

Qardaş barədə məlumat

Rusiyadakı bir çox bacı-qardaşlar ruhani işlərdə fəal olmaları və dindaşlarının məhəbbəti və qayğısı sayəsində möhkəm və mətin qalırlar. Biz əminik ki, «məhəbbət və sülh Allahı» olan Yehova bundan sonra da onların yanında olacaq (2 Korinflilərə 13:11).