Kontentə keç

Rusiya Ali Məhkəməsinin binası

25 NOYABR 2021
RUSİYA

Rusiya Ali Məhkəmə Plenumunun qərarının Yehovanın Şahidləri üçün hansı nəticəsi olacaq?

Rusiya Ali Məhkəmə Plenumunun qərarının Yehovanın Şahidləri üçün hansı nəticəsi olacaq?

28 oktyabr 2021-ci il tarixində Rusiya Ali Məhkəmə Plenumu ekstremist fəaliyyət haqda qərara düzəliş edib. Yeni redaksiyaya əsasən, istər fərdi, istərsə də qrup şəklində edilən ibadət artıq qadağan olunmuş dini təşkilatın fəaliyyətində iştirak sayılmamalıdır. Bununla belə, plenumun qərarı Yehovanın Şahidlərinin sistematik təqibinə son qoymayıb, çünki Rusiya hakimiyyət orqanları düzəlişə tamamilə fərqli izahat verir.

Məsələn, oktyabrın 28-i düzəliş edilən vaxtdan hakimiyyət orqanları Yehovanın Şahidlərinin yaşadığı ən azı 13 evə reyd keçirib, İrina Loxvitskayanın apelyasiya şikayətini təmin etməyib və 80 yaşlı Yelena Savelyevanı məhkum edib. Bundan fərqli olaraq, 22 noyabr 2021-ci il tarixində Vladivostokda məhkəmə Dmitri Barmakinə tam bəraət verib.

Düzəliş edilmiş qərarın təqiblərin səngiməsinə, yaxud daha sərt məhkəmə qərarlarına səbəb olacağı hələ məlum deyil. Hər necə olsa da, biz Yehovaya tam güvənməyə davam edəcəyik və əminik ki, O, əsl qurtuluş verənədək bacı-qardaşlara sınaqlar zamanı sevinclə dözüm göstərməyə kömək edəcək (Zəbur 146:3—5).