4 İYUL 2019
RUSİYA
Rusiya hökuməti Yehovanın Şahidlərinin ümumi dəyəri 57 milyon dollardan çox olan əmlakını müsadirə edib
20 aprel 2017-ci il tarixində Rusiya Ali Məhkəməsi ölkədə Yehovanın Şahidlərinin fəaliyyətini qadağan edəndən bacı-qardaşlarımız amansız təqib və həbslərlə üzləşirlər. Dövlət Yehovanın Şahidlərinə məxsus 131 mülkü müsadirə edib, daha 60 mülk müsadirə olunmaq üzrədir. Əmlakın ümumi dəyəri 57 milyon ABŞ dollarından çoxdur.
Müsadirə olunan əmlaklardan biri Solneçnoye qəsəbəsində yerləşən və Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinə (Pensilvaniya) məxsus olan keçmiş Rusiya filialının kompleksidir. (Yuxarıda soldakı şəklə baxın.) Təkcə bu əmlak təxminən 30 milyon ABŞ dolları qiymətində dəyərləndirilir. Müsadirə olunan digər 43 əmlak Avstriya, Danimarka, Finlandiya, Niderland, Norveç, Portuqaliya, İspaniya, İsveç və ABŞ-da yerləşən hüquqi şəxslərə məxsusdur. Müsadirələr qanunsuzdur, çünki Yehovanın Şahidlərini qadağan edən Ali Məhkəmənin qərarı dövlətə xarici vətəndaşlara məxsus əmlakı müsadirə etmək hüququ vermir.
Yehovanın Şahidləri Rusiyadakı filiala məxsus əmlakın qanunsuz müsadirəsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) ərizə verib. AİHM-nın verəcəyi qərardan asılı olmayaraq, biz Yehovaya arxalanırıq və Ona güvənirik. Biz dua edirik ki, Rusiyadakı bacı-qardaşlarımız cəsarətli olsun və qoymasınlar ki, reydlər, həbslər və ibadət yerlərinin müsadirəsi onların «ruha və həqiqətə uyğun» ibadət etmək əzmlərini sarsıtsın (Yəhya 4:23).