Kontentə keç

Dmitri Terebilov qardaş həbs olunmazdan əvvəl. Üst şəkil: Dmitri qardaş məhkəmə zamanı dəmir barmaqlıqlar arxasında

12 İYUL 2023
RUSİYA

Rusiya hökuməti həbs yoldaşına Müqəddəs Kitab haqda danışdığı üçün Dmitri Terebilova qarşı ittiham irəli sürür

Rusiya hökuməti həbs yoldaşına Müqəddəs Kitab haqda danışdığı üçün Dmitri Terebilova qarşı ittiham irəli sürür

20 aprel 2023-cü il tarixində Rusiya hökuməti 2021-ci ilin sentyabr ayından əqidəsinə görə həbsdə olan Dmitri Terebilov qardaşa qarşı yenidən cinayət işi başlatdı. Bu, Rusiyada ilk hadisədir ki, 2017-ci ildə Ali Məhkəmənin qoyduğu qadağadan bəri Yehovanın Şahidi həbs yoldaşı ilə Müqəddəs Kitabı müzakirə etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunur. Əgər bu qərar qüvvəyə minsə, Dmitri qardaşın indiki üçillik həbs müddəti səkkiz ilə qədər uzadıla bilər.

Rusiyada təqiblər gücləndikcə Yehovanın oradakı dindaşlarımıza «insan gücündən üstün olan» güc verəcəyinə imanımız günü-gündən artır (2 Korinflilərə 4:7).