5 İYUL 2019
RUSİYA
Rusiya məhkəməsi Aleksandr Solovyovu məhkum edib
Cümə günü, 4 iyul 2019-cu il tarixində Rusiyanın Perm şəhərinin Ordjonikidzevski Rayon Məhkəməsi Aleksandr Solovyovu təqsirli bilərək 300000 rubl (4731 ABŞ dolları) məbləğində cərimə edib.
Aleksandr Solovyov 22 may 2018-ci il tarixində həyat yoldaşı Anna ilə birgə qatarla xarici səfərdən qayıdarkən həbs edilib. Polis əməkdaşları Aleksandr Solovyovun əllərini qandallayıb istintaq təcridxanasına aparmışlar. Onun yoldaşı Anna da saxlanılaraq başqa bir avtomobildə aparılmışdı. Polis əməkdaşları bütün gecə ərzində onların mənzilində axtarış aparmış, fotoşəkillərini, elektron cihazlarını və bir neçə Müqəddəs Kitabını müsadirə etmişlər.
Sorğu-sualdan sonra Anna Solovyova heç bir ittiham irəli sürülmədən sərbəst buraxılmışdı. Lakin Aleksandr Solovyova qarşı cinayət işi açılmış və mayın 24-ü o, 19 noyabr 2018-ci il tarixinədək ev dustaqlığına buraxılmışdı. Məhkəməni gözlədiyi müddətdə onun azadlığına məhdudiyyət qoyulmuşdur.
Aleksandr Solovyovun vəkilləri hökm qərarından apellyasiya şikayəti verəcəklər. Onlar həmçinin BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupuna da ərizə veriblər.
Rusiya kimi yerlərdə təqiblər artsa da, biz əleyhdarlarımızdan əsla qorxmuruq. Biz inanırıq ki, Yehova Onun möhtəşəm qurtuluş günü gələnədək dözümlü olmağımız üçün bizi lazım olan hər şeylə təmin edəcək (Filippililərə 1:28).