Kontentə keç

Konstantin Bajenov

28 OKTYABR 2020
RUSİYA

Rusiya məhkəməsi Konstantin Bajenovu vaxtından əvvəl azadlığa buraxmaqdan imtina etdi

Rusiya məhkəməsi Konstantin Bajenovu vaxtından əvvəl azadlığa buraxmaqdan imtina etdi

28 oktyabr 2020-ci il tarixində Ulyanovsk vilayətinin Dimitrovqradski Şəhər Məhkəməsi Konstantin Bajenovu vaxtından əvvəl azadlığa buraxmaqdan və cəzanın yerdə qalan hissəsini cərimə ilə əvəz etməkdən imtina edib. Qərardan şikayət etmək üçün onun on gün vaxtı var.

İlk dəfə 2018-ci ilin iyun ayında məhkəməyədək həbsə alınanda, təbii ki, o, müəyyən qorxu keçirirdi. Buna görə o, yadında qalan Müqəddəs Kitab ayələrini qeyd kitabçasına yazmağa başladı. O, təxminən 500 ayə yazdı. Nəhayət, ona Müqəddəs Kitab verdilər və o, dörd aya onu oxuyub qurtardı. Konstantin Müqəddəs Kitabdan tapdığı ruhlandırıcı fikirləri bölüşmək üçün məktublar yazırdı. O həmçinin Padşahlıq nəğmələrimizi oxuyur və kömək üçün Yehovaya daima hərarətlə dua edirdi.

Konstantin 340 gündən çox məhkəməyədək həbsdə saxlanıldı. 2019-cu ilin sentyabr ayında isə o, üç il yarım müddətinə həbsə məhkum edildi. Hətta bundan sonra da o, ruhani fəaliyyətindən qalmadı. Yehovanın köməyi sayəsində Konstantin həbsxanada anma mərasimini qeyd edə bildi. Yehovayla yaxın münasibətləri ona təqiblərə sevinclə dözməyə kömək edir. Gəlin Konstantin qardaşımız üçün dua etməyi unutmayaq.