Kontentə keç

Yevgeni Fedin və Sergey Loqinov

2 MAY 2019
RUSİYA

Rusiya məhkəməsi Surqutda həbsdə qalan iki qardaşı da azadlığa buraxıb

Rusiya məhkəməsi Surqutda həbsdə qalan iki qardaşı da azadlığa buraxıb

9 aprel 2019-cu il tarixində Surqut Şəhər Məhkəməsi Yevgeni Fedin və Sergey Loqinovun məhkəməyəqədər həbsdən azad edilmələrinə qərar verib. Bununla məhkəmə həbs müddətinin uzadılmasına dair vəsatəti rədd edib. Qardaşlara qarşı qaldırılmış cinayət işi üzrə istintaq davam etsə də, aprelin 11-i onları təcridxanadan buraxıblar.

Yevgeni Fedin və Sergey Loqinov 15 fevral 2019-cu il tarixində Surqut şəhərində evlərə keçirilən kütləvi reyd zamanı tutulandan həbsdə saxlanılıblar. O vaxt hüquq-mühafizə orqanları 19 Yehovanın Şahidinə qarşı cinayət işi açmışdır. Onlardan üçü — Yevgeni Fedin, Sergey Loqinov və Artur Severinçik barədə məhkəməyəqədər həbs qətimkan tədbiri seçilmişdir. Artur Severinçik martın 15-i azadlığa buraxılıb.

Fevral reydləri zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları, Sergey Loqinov da daxil olmaqla, yeddi Yehovanın Şahidinə işgəncə verib. Bu amansız rəftarla əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verilib. Şikayət məhkəmə tərəfindən baxılmaqdadır.

Biz əminik ki, Yehova dualarımıza diqqətlə yanaşdığını bundan sonra da göstərəcək və Rusiyadakı sadiq bacı-qardaşlarımızı möhkəmləndirəcək (Zəbur 10:17).