Kontentə keç

Xasan Koqut və həyat yoldaşı Yekaterina məhkəmədən sonra

10 SENTYABR 2020
RUSİYA

Rusiya məhkəməsi Xasan Koqut barəsində hökm çıxarıb

Rusiya məhkəməsi Xasan Koqut barəsində hökm çıxarıb

10 sentyabr 2020-ci il tarixində Kemerovo vilayətinin Beryozovski Şəhər Məhkəməsi Xasan Koqutu təqsirli bilərək iki il yarım müddətinə şərti həbs cəzasına məhkum edib. O, həbsə salınmadığına və həyat yoldaşı və səkkizyaşlı oğlundan ayrı düşmədiyinə görə çox sevinir.