Kontentə keç

Yuri Zalipayev məhkəmədə son sözü ilə çıxış edir

7 OKTYABR 2020
RUSİYA

Rusiya məhkəməsi Yuri Zalipayevə bəraət verdi!

Rusiya məhkəməsi Yuri Zalipayevə bəraət verdi!

7 oktyabr 2020-ci il tarixində Kabarda-Balkar Respublikasının Mayski Rayon Məhkəməsi qardaşımız Yuri Zalipayevə tam bəraət verdi. Prokuror on gün ərzində qərardan şikayət verə bilər.

İttiham tərəfi iddia edirdi ki, Yuri Zalipayev başqalarını zorakılığa səsləyirdi. Lakin məhkəmədə ifadə verən 30-dan çox şahid təsdiq etdi ki, o, başqalarını Müqəddəs Kitabı oxumağa təşviq edirdi və bütün insanlara qarşı xeyirxah idi.

Yuri Zalipayevə bəraət verərkən məhkəmə BMT-nin Özbaşına Həbs üzrə İşçi Qrupunun bu yaxınlarda çıxardığı qərarı da nəzərə aldı. Belə ki, həmin qərara əsasən, Yehovanın Şahidləri nə özləri zorakılıq edir, nə də başqalarını buna təşviq edir.

Qərar elan olunandan sonra Yuri Zalipayev deyib: «Ailəm və dostlarım ən pisinə hazır idi. Məhkəmə zamanı Yehovanın dəstəyinə görə minnətdaram. Sevincimin həddi-hüdudu yoxdur. Məni müdafiə edən hər kəsə çox sağ ol demək istəyirəm».