28 SENTYABR 2021
RUSİYA
Rusiyada «JW Library» tətbiqinin qadağan olunması haqda qərardan verilən şikayət təmin olunmadı
27 sentyabr 2021-ci il tarixində Sankt-Peterburq Şəhər Məhkəməsi 31 mart 2021-ci il tarixli qərardan verilmiş apelyasiya şikayətini təmin etmədi. Belə ki, həmin qərara əsasən, «JW Library» tətbiqi ekstremist elan olunmuş və Rusiya Federasiyasının bütün ərazisində, eləcə də Krım yarımadasında qadağan olunmuşdu. Həmin qərar qüvvəyə mindi.