22 DEKABR 2020
RUSİYA
Rusiyada Semyon Baybak şərti həbs cəzasına məhkum edilib
21 dekabr 2020-ci il tarixində Rostov-Don şəhərinin Leninski Rayon Məhkəməsi Semyon Baybakı təqsirli bilərək üç il yarım müddətinə şərti həbs cəzasına məhkum edib. Bu dəfə o, həbsə getməyəcək.
Bundan bir neçə gün əvvəl məhkəmədə son sözü ilə çıxış edərkən o, məşhur rus insan haqları müdafiəçisinin sözlərini sitat gətirmişdi: «Onları [Yehovanın Şahidlərini] təqib edirlər, onlar isə gülümsəyirlər». Sonra qardaş əlavə etmişdi: «Bu sözlərin doğruluğunu təsdiq edə bilərəm. Mən də təqiblərimə görə nə ruhdan düşürəm, nə də kiməsə nifrət edirəm». Sonra o, 2 Korinflilərə 4:8, 9 ayələrini sitat gətirərək özünə və Rusiyadakı digər Yehovanın Şahidlərinə tətbiq etdi. Ayələrdə deyilir: «Bizi hər tərəfdən sıxışdırırlar, amma divara dirəməyiblər; çaşqınlıq içindəyik, amma vəziyyətimiz çıxılmaz deyil; bizi təqib edirlər, amma tək deyilik; bizi vurub yerə səriblər, amma məhv edilməmişik».