1 APREL 2019
RUSİYA
Rusiyada daha bir Yehovanın Şahidi məhkum edilib
Dennis Kristensenə altıillik həbs cəzası təyin edən məhkəmə 1 aprel 2019-cu il tarixində Yehovanın Şahidi olan 56 yaşlı Sergey Skrinnikovu öz dininə etiqad etdiyinə görə məhkum edib. Məhkəmə ona böyük məbləğdə — 350000 rubl (5348 ABŞ dolları) məbləğində cərimə kəsib. Prokuror onun üçün üç il həbs cəzası istəsə də, məhkəmə onun xahişini rədd edib.
Skrinnikov qardaş və onun həyat yoldaşı Ninanın bir qızı var. Onlar qızlarına və kürəkənlərinə beş uşaq böyütməkdə kömək edirlər. Üstəlik, Nina bacımızın qocalmış valideynlərinə də əsasən onlar baxırlar.
Məhkəmə zamanı Skrinnikov qardaş imanını əminliklə və hörmətcil tərzdə müdafiə edib. O deyib: «Vəziyyətə imanda olmayan insanın nöqteyi-nəzəri ilə baxdıqda, insan ümidsizliyə qapıla bilər... Lakin bir Yehovanın Şahidi kimi, mən bu vəziyyətə iman gözləri ilə baxıram. Əgər Allah məhkum olunmağıma yol verərsə, deməli, mən üçillik həbsə hökm kimi deyil, yeni məkanda xidmət üçün xüsusi təyinat kimi baxmalıyam! Buna görə ümidimi üzmürəm... İstər azadlıqda olaq, istər həbsdə, Allah eynidir. Buna görə də biz tərk edilməmişik. Nə qədər ki Ona sadiqik, O, hər yerdə bizimlə olacaq».
Skrinnikov qardaş kimi möhkəm imanı olan bacı-qardaşlarımızın nümunəsi bizi ruhlandırır. Onların üzləşdiyi şiddətli sınaqlar haqqında fikirləşəndə həvari Bulusun növbəti sözləri yadımıza düşür: «Qoy ümid mənbəyi olan Allah Ona olan etibarınız sayəsində ürəyinizi sevinc və sülhlə doldursun və ümidiniz müqəddəs ruhun qüvvəti ilə dolub-daşsın» (Romalılara 15:13).