Kontentə keç

Sergey Rayman və həyat yoldaşı Valeriya

7 SENTYABR 2020
RUSİYA

Rusiyada gənc ailə məhkum edilə bilər

Rusiyada gənc ailə məhkum edilə bilər

Qərarın elan ediləcəyi tarix

16 sentyabr 2020-ci il tarixində a Kostroma şəhərinin Sverdlovski Rayon Məhkəməsində Sergey Rayman və həyat yoldaşı Valeriyanın işi üzrə hökmün elan edilməsi gözlənilir. Hər ikisi yeddi il şərti həbs müddətinə məhkum edilə bilər.

Ailə haqqında qısa məlumat

Sergey Rayman

  • Doğulduğu il: 1996 (İvanovo vilayəti, Kineşma)

  • Bioqrafiya. Tikinti peşə məktəbində təhsil alıb. İnteryer dizaynı üzrə mütəxəssisdir. Nənəsindən Müqəddəs Kitabı sevməyi və ona hörmət etməyi öyrənib. 2015-ci ildə Valeriya ilə evlənib. Aşpazlığı və xizək sürməyi sevir.

Valeriya Rayman

  • Doğulduğu il: 1993 (Kostroma vilayəti, Şarya)

  • Bioqrafiya. On yaşında atası vəfat edib. Yehova haqqında anasından öyrənib. Diplomlu saç ustasıdır.

Cinayət işi haqda məlumat

25 iyul 2018-ci il tarixində sübh tezdən silahlanmış xüsusi təyinatlı dəstə onların evinin qapısını linglə sındırıb içəri daxil oldu. Ər-arvad həbs olundu. Valeriya müvəqqəti saxlama təcridxanasında iki gün keçirdi. Sergeyi isə 59 gün kamerada tək saxladılar. Onlara digər Yehovanın Şahidləri ilə ünsiyyət etmək qadağan olunub. Üstəlik, onlara axşamlar evdən çıxmağa icazə verilmir. Bu gərgin vəziyyət ər-arvadın fiziki və emosional sağlamlığına güclü təsir edib.

Yehovaya dua edirik ki, onlara cəsarət və güc versin və əmin etsin ki, bundan sonra da onlara dayaq olacaq (Yuşə 1:9).

a Tarix dəyişə bilər.