Kontentə keç

Üst şəkil: Həbsdən çıxan Romanı anası və bacısı qarşılayır

31 OKTYABR 2024
RUSİYA

Rusiyada həbsdə olan Roman Mareyev azadlığa buraxıldı

Rusiyada həbsdə olan Roman Mareyev azadlığa buraxıldı

25 oktyabr 2024-cü il tarixində Roman Mareyev azadlığa buraxıldı. O, 12 iyul 2023-cü il tarixində dörd il altı ay müddətinə həbs edilmişdi. Onun istintaq təcridxanasında keçirdiyi iki ilə yaxın müddət də nəzərə alındığı üçün hazırda həbs müddəti başa çatmış hesab olunur.

Cinayət işi ilə bağlı məhkəmədə Roman nəyin sayəsində dözüm göstərdiyi ilə bağlı belə demişdi: «Əsl xoşbəxtlik düşdüyüm mühitdən, şəraitdən asılı deyil. Xoşbəxtliyimin səbəbi doğru əməl sahibi olmağım, Allahın normalarına uyğun yaşamağım və Onun əməllərimdən razı qaldığını bilməyimdir. Allahın məndən razı qaldığına nəyə görə əminəm? Romalılara 15:13 ayəsində deyilir: “Qoy ümid mənbəyi olan Allah Ona olan etibarınız sayəsində ürəyinizi sevinc və sülhlə doldursun və ümidiniz müqəddəs ruhun qüvvəti ilə dolub-daşsın”. Haqsızlıqlarla üzləşsəm də, ürəyimdə sevinc və qəlb rahatlığı var. Bu, yalnız Allahın ruhu və verdiyi nemətlər sayəsində mümkündür».

Sevinirik ki, Roman öz ailəsinə qovuşdu. Yehovanın Ona sadiq qalmaq əzmimizi daim mükafatlandıracağını bilmək bizə təsəlli verir (2 Salnamələr 15:7).