Kontentə keç

14 FEVRAL 2020
RUSİYA

Rusiyada məhkəmə Popovları təqsirli bilərək cərimə edib

Rusiyada məhkəmə Popovları təqsirli bilərək cərimə edib

14 fevral 2020-ci il tarixində Vilyuçinsk Şəhər Məhkəməsi Mixail və Yelana Popovları təqsirli bilib. Məhkəmə Mixail Popovu 350000 rubl (5508 ABŞ dolları), Yelena Popovanı isə 300000 rubl (4722 ABŞ dolları) məbləğində cərimə edib. Lakin onlar həbs olunmayıblar. Onların hər ikisi qərardan şikayət verəcək.

Mixail və Yelena 2018-ci ilin iyul ayında həbs olunmuş, lakin qısa müddət sonra məhkəməyədək sərbəst buraxılmışlar.

2019-cu ildən Rusiya məhkəmələri 28 Yehovanın Şahidini əqidələrinə görə məhkum edib. Onlardan onu barədə ittiham hökmü son iki ay ərzində çıxarılıb. Lakin həmin on nəfər hal-hazırda həbsdə deyil.