6 MART 2019
RUSİYA
Rusiyada məhkəmə Yehovanın Şahidi barədə qərarı ləğv edib
1 mart 2019-cu il tarixində Kabarda-Balkar Respublikasının Ali Məhkəməsi aşağı instansiya məhkəməsinin Arkadya Akopyana qarşı çıxardığı qərarı ləğv edib. Ədalətsiz olaraq «ekstremist» ədəbiyyat vermək və «dini nifrətə təhrik etməkdə» ittiham olunan bu Yehovanın Şahidinin məhkəmə işi bir ildən çox davam edib.
Birinci instansiya məhkəməsi yetmiş yaşlı Arkadya Akopyanın ictimai işlərə cəlb edilməsi barədə qərar çıxarmışdır. Ali Məhkəmənin qərarıyla aşağı instansiya məhkəməsinin qərarı ləğv edildi.
Biz onun sevincinə şərikik və bu zəfərə görə Yehovaya ürəkdən minnətdarıq. Dindaşlarımızın sonacan sədaqətlə dözmələri üçün dua edirik (2 Salonikililərə 1:4).