Kontentə keç

Solda: Sergey və Anastasiya Polyakovlar; sağda yuxarıda: Qauxar Bektemirova; sağda aşağıda: Dinara Düsekeyeva

25 SENTYABR 2020
RUSİYA

Rusiyada məhkəməyədək həbsə alınmış ilk cütlük və digər iki bacı barədə qərarın elan edilməsi gözlənilir

Rusiyada məhkəməyədək həbsə alınmış ilk cütlük və digər iki bacı barədə qərarın elan edilməsi gözlənilir

Qərarın elan ediləcəyi tarix

21 oktyabr 2020-ci il tarixində a Omsk şəhərinin Pervomayski Rayon Məhkəməsində Sergey Polyakov, onun həyat yoldaşı Anastasiya, həmçinin Qauxar Bektemirova və Dinara Düsekeyevanın cinayət işi üzrə qərarın elan edilməsi gözlənilir. Prokuror Sergey qardaş üçün altı il yarım müddətinə həbs cəzası istəyib. Bacılar isə iki il şərti həbs cəzasına məhkum edilə bilər.

Qardaş və bacılar haqda məlumat

Sergey Polyakov

  • Doğulduğu il: 1972 (Murmansk vilayəti)

  • Bioqrafiya. Texnikumda radiofizika üzrə təhsil alıb. 2003-cü ildə Anastasiya ilə ailə həyatı qurub.

Anastasiya Polyakova

  • Doğulduğu il: 1984 (Murmansk vilayəti)

  • Bioqrafiya. Hüquq üzrə təhsil alıb. Yoldaşı Sergeylə birgə yeni dil öyrənməyi sevir. Onlar çin, qazax, rus jest dili və serb dillərini öyrənirlər.

Qauxar Bektemirova

  • Doğulduğu il: 1976 (Qazaxıstan, Urıl)

  • Bioqrafiya. Ailədə altı uşaqdan ən kiçiyidir. Dağlıq ərazidə böyüyüb, təbiəti sevir. İllərlə həyatın mənasının sorağında olub. Sonda suallarına məntiqli və qaneedici cavabları Müqəddəs Kitabda tapdı. Allahın Kəlamını dərindən araşdırmaq ona haqsız cinayət təqibinə dözməyə güc və təsəlli verir.

Dinara Düsekeyeva

  • Doğulduğu il: 1982 (Qazaxıstan, Leninqradskoye)

  • Bioqrafiya. Gənc ikən həyatın mənası barədə dərindən düşünürdü. 17 yaşında Müqəddəs Kitabı araşdırmağa başladı. Müqəddəs Kitabdakı hikmət onu heyran etdi və Allahın adının Yehova olduğunu biləndə çox sevindi. Basketbol, voleybol oynamağı, qaçmağı və velosiped sürməyi sevir.

Cinayət işi haqda məlumat

4 iyul 2018-ci il tarixində gecə saatlarında Sergey və Anastasiya yatarkən hücum qrupu onların qapısını sındırıb evə daxil oldu. Maskalı insanlar Sergeyi bərk döydü. Onları həbs edib istintaq təcridxanasına saldılar. Onlar 2017-ci ildə Ali Məhkəmənin Yehovanın Şahidlərinin fəaliyyətini qanunsuz elan edən qərarından sonra həbs olunan ilk ər-arvad olub. Onlar tək kamerada bir-birindən ayrı beş ay keçirdi. Bundan sonra onlar üç ay ev dustaqlığında saxlanıldı.

2019-cu ilin may ayında Omsk vilayətində Yehovanın Şahidlərinin yaşadığı evlərə yeni qanunsuz reydlər keçirildi. Bacılarımız Qauxar və Dinaranı həbs etdilər. Onların işi Polyakovların cinayət işi ilə bir icraatda birləşdirildi. Cinayət işi üzrə məhkəmə araşdırması 1 aprel 2020-ci il tarixində başladı.

Biz əminik ki, Yehova bu haqsızlıqlara dözmək üçün Öz xidmətçilərinə lazımi gücü verəcək (Efeslilərə 3:20).

a Tarix dəyişə bilər.