21 NOYABR 2023
RUSİYA
Rusiyanın Tula şəhərində dörd nəfərə şərti həbs cəzası kəsilib
20 noyabr 2023-cü il tarixində Tula Şəhərinin Proletarski Rayon Məhkəməsi Yevgeni Qodunov, Qurami Labadze, Yuliya Popkova və Anjela Putivskaya barəsində qərar çıxardı. Yevgeni və Qurami altı il yarım, Yuliya və Anjela isə iki il yarım müddətinə şərti həbs cəzasına məhkum edildi. Cəza şərti olduğu üçün onlar həbsxanaya salınmayacaq.
Dindaşlarımız barədə məlumat
Bu bacı-qardaşların nümunəsi sübut edir ki, Yehovaya güvənsək və Müqəddəs Kitabdakı sadiq insanlardan örnək götürsək, əsl ümid və təsəlli tapacağıq (Romalılara 15:4).
Hadisələrin gedişatı
25 mart 2021-ci il
Barələrində cinayət işi açıldı
13 aprel 2021-ci il
Evlərində axtarış aparıldı. Anjela və Yuliya saxlanıldı
14 aprel 2021-ci il
Anjela və Yuliya istintaq təcridxanasında həbsə salındı. Yevgeniyə qarşı ittiham irəli sürüldü. Qurami ev dustaqlığına salındı
16 aprel 2021-ci il
Yevgeni istintaq təcridxanasında həbsə salındı
20 may 2021-ci il
Anjela, Yevgeni və Yuliya ev dustaqlığına keçirildi
22 iyul 2021-ci il
Anjela, Yevgeni və Yuliya ev dustaqlığından azad edildi. Onlardan başqa yerə getməmək barədə iltizam alındı
23 iyul 2021-ci il
Qurami ev dustaqlığından azad edildi. Ondan başqa yerə getməmək barədə iltizam alındı
11 may 2023-cü il
Cinayət işi üzrə məhkəmə icraatı başladı
20 noyabr 2023-cü il
Məhkum olundular və onlara şərti həbs cəzası kəsildi