4 YANVAR 2022
RUSİYA
Sınaqlara hazırlıqlı olmaq və ümid Krupnovlar ailəsinə çətinliklər zamanı kömək edir | YENİLƏNİB
9 mart 2022-ci il tarixində Penza Vilayət Məhkəməsi Pyotr Krupnov və onun həyat yoldaşı Mayanın apelyasiya şikayətini təmin etmədi. Cəza şərti olduğu üçün onlar həbsə salınmayacaq.
Hadisələrin gedişatı
30 dekabr 2021-ci il
Penza Vilayətinin Nikolski Rayon Məhkəməsi Pyotru və onun həyat yoldaşı Mayanı üç il müddətinə şərti həbs cəzasına məhkum etdi.
25 oktyabr 2021-ci il
Cinayət işi üzrə məhkəmə araşdırması başladı.
12 oktyabr 2021-ci il
Dostları ilə dini mövzuda söhbətlərə görə Pyotr və Mayanın adı terrorist və ekstremistlərin siyahısına salındı.
15 sentyabr 2021-ci il
Maya barədə cinayət işi açıldı. Bir müddət sonra işə ittiham olunan şəxs qismində Pyotr da cəlb edildi.
11 oktyabr 2020-ci il
Təhlükəsizlik xidmətinin əməkdaşları Nikolsk şəhərində, Krupnovların da evi daxil olmaqla, Yehovanın Şahidlərinin yaşadığı dörd evdə axtarış apardı.
Krupnovlar barədə məlumat
Pyotr və Mayanın nümunəsi bizi çox ruhlandırır. Onlar həyatlarını gələcəyə olan ümidə bağlayıblar və bütünlüklə Yehovaya güvənirlər (İbranilərə 6:19).