Kontentə keç

Aleksandr Kabanov

8 AVQUST 2022| YENİLƏNİB: 29 DEKABR 2022
RUSİYA

Sınaqlara qabaqcadan hazırlaşmaq Aleksandr Kabanova sadiq qalmağa kömək etdi | YENİLƏNİB. QƏRAR LƏĞV EDİLDİ

Sınaqlara qabaqcadan hazırlaşmaq Aleksandr Kabanova sadiq qalmağa kömək etdi | YENİLƏNİB. QƏRAR LƏĞV EDİLDİ

27 dekabr 2022-ci il tarixində Krasnoyarsk Vilayət Məhkəməsi Aleksandr Kabanova kəsilmiş iki il altı aylıq həbs qərarını ləğv etdi və yeni məhkəmə baxışı təyin etdi. 5 avqust 2022-ci ildə Zelenoqorsk Şəhər Məhkəməsi Aleksandr Kabanovun işi ilə bağlı qərarını açıqladı, lakin qardaş qərardan şikayət verib. O, növbəti məhkəməyə qədər ölkəni tərk etməməlidir.

Krasnoyarsk Vilayətinin Zelenoqorsk Şəhər Məhkəməsi tezliklə Aleksandr Kabanovun işi üzrə qərarını elan edəcək. Prokuror Aleksandr üçün iki il yarım həbs müddəti istəyib.

Hadisələrin gedişatı

  1. 26 dekabr 2019-cu il

    Qadağan olunmuş dini təşkilatın fəaliyyətində iştirak etməkdə, o cümlədən Müqəddəs Kitabı oxumaqda və Yehova haqda başqalarına danışmaqda ittiham olunaraq həbs edildi və müvəqqəti saxlama kamerasına salındı.

  2. 27 dekabr 2019-cu il

    Hakim qardaşın məhkəməyədək həbsdə saxlanılması barədə müstəntiqin müraciətini təmin etmədi və o, müvəqqəti saxlama kamerasından azadlığa buraxıldı.

  3. 6 dekabr 2021-ci il

    Aleksandr məhkəmə qarşısında son sözlə çıxış etdi. Məhkəmə qərarını elan etmək əvəzinə işi məhkəmə araşdırması mərhələsinə qaytardı və iş üzrə icraatı uzatdı.

  4. 25 mart 2022-ci il

    Cinayət işi üzrə məhkəmə iclasları yenidən başladı.

Qardaş barədə məlumat

Rusiyadakı bacı-qardaşlarımız bizim üçün əsl iman nümunələridir. Onlar Əşiya 12:2 ayəsində yazılanlara uyğun yaşayırlar. Orada yazılıb: «Allah nicatımdır. Ona güvənərəm, heç bir qorxum olmaz. Çünki Yah, Yehova gücüm, qüvvətimdir».