Kontentə keç

Dennis Kristensen mühafizə altında Oryol Jeleznodorojnı Rayon Məhkəməsinə aparılır

31 İYUL 2019
RUSİYA

SON XƏBƏRLƏR: Cəzaçəkmə müəssisəsinə keçirilən Dennis Kristensen mətin qalır

SON XƏBƏRLƏR: Cəzaçəkmə müəssisəsinə keçirilən Dennis Kristensen mətin qalır

6 iyun 2019-cu il tarixində, apellyasiya şikayəti rədd edildikdən iki həftə sonra Dennis Kristensen Oryol təcridxanasından Lqov şəhərindəki 3 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilib. Lqov Dennisin ailəsinin və dostlarının yaşadığı Oryol şəhərindən 200 kilometr aralıda yerləşir.

Cəzaçəkmə müəssisəsinə gətirildikdən sonra Dennis təhqirlərə məruz qalıb, onu mənəvi cəhətdən sındırmağa çalışıblar. Lakin Yehovaya tam güvənməsi sayəsində Dennis mətin qalıb və qorxuya təslim olmayıb (1 Butrus 5:10).

Finlandiyada (soldan sağa): Rəhbərlik Şurasının üzvü Mark Sanderson, İrina Kristensen və Finlandiyadan olan Tommi Kauko

Həbsdə olduğu bütün müddət ərzində dindaşlarımız böyük sevgi ilə onun həyat yoldaşı İrinanın qayğısına qalırlar. İyun ayında Rəhbərlik Şurasının üzvü Mark Sanderson və digər məsul qardaşlar İrina ilə Finlandiyada görüşüb ona ürək-dirək veriblər.

Artıq bir aydan çoxdur ki, Dennis cəzaçəkmə müəssisəsindədir. Bu yaxınlarda İrinaya gündə bir dəfə onunla telefon vasitəsilə əlaqə saxlamağa, həmçinin ona baş çəkməyə icazə veriblər.

İrina Dennisin ruhlandırıcı məktublarını təkrar-təkrar oxuyur

Son iki il ərzində xeyli sınaqlarla üzləşmələrinə baxmayaraq, onlar mətin qalırlar və sevinclərini itirmirlər. İrinanın sözlərinə görə, Dennisdən hər həftə aldığı məktublar onu xüsusilə ruhlandırır. Ondan aldığı sevimli məktublarının birində o yazıb: «Nikbinliyi qorumaq müvəffəqiyyətin rəhnidir. Sevinməyimiz üçün isə bu gün çoxlu səbəblərimiz var... Yehovanın ali hökmranlığını dəstəkləmək bizim bu həyatda yaşamağımızın səbəbidir. Bilirəm, yolumuz uzundur və biz hələ qalib gəlməmişik — lakin bu, müvəqqətidir. Sonda qələbə bizim olacaq. Mən buna yüz faiz əminəm».

İyul ayının 21-i Danimarkada keçən beynəlxalq toplantıda Rəhbərlik Şurasının üzvü Stiven Let Dennisin iştirakçılara ünvanladığı məktubu oxudu. Məktubda deyilirdi: «Necə də istərdim sizinlə olum! Amma hələ ki bu, mümkün deyil, çünki hazırkı təyinatımı hələ başa vurmamışam. Ancaq gələcəkdə hökmən görüşəcəyik. O günü həsrətlə gözləyirəm!»

Romada həbsdə ikən həvari Bulus yazmışdı: «Hər dəfə sizi xatırlayanda Allahıma şükür edirəm və hamınız üçün yalvarıb sevinclə dua edirəm... Siz həmişə ürəyimdəsiniz. Siz həm həbsdə olduğum müddətdə, həm də müjdənin müdafiəsində və qanuni tanınmasında mənimlə birgə Allahın lütfünə şərik olmusunuz» (Filippililərə 1:3, 4, 7).