Kontentə keç

Solda: Tatyana Qalkeviç; sağda: Valentina Vladimirova

24 YANVAR 2022 | YENİLƏNİB: 16 FEVRAL 2024
RUSİYA

Sağlamlığı zəif olan iki bacı Yehovanın köməyi ilə altı ay təcridxana həyatına tab gətirə bildi | YENİLƏNİB. BACILAR MƏHKUM OLUNDU

Sağlamlığı zəif olan iki bacı Yehovanın köməyi ilə altı ay təcridxana həyatına tab gətirə bildi | YENİLƏNİB. BACILAR MƏHKUM OLUNDU

14 fevral 2024-cü il tarixində Smolensk şəhərinin Promışlennı Rayon Məhkəməsi Tatyana Qalkeviçi və Valentina Vladimirovanı təqsirli bildi. Hər biri iki il müddətinə şərti həbs cəzasına məhkum edildi. Onlar həbsə salınmayacaqlar.

Hadisələrin gedişatı

  1. 14 may 2019-cu il

    Tatyana və Valentina barədə cinayət işi açıldı. Polislər hər iki bacının evində axtarış apardı, onları tutub 48 saatdan çox vaxt ərzində sorğu-sual etdilər. Bacılarda xroniki xəstəliklərin olmasına baxmayaraq, hər ikisini istintaq təcridxanasına saldılar.

  2. 22 noyabr 2019-cu il

    Altı aydan çox müddətdən sonra Tatyana ilə Valentina istintaq təcridxanasından ev dustaqlığına keçirildi.

  3. 31 dekabr 2019-cu il

    Səhhəti pisləşdiyi üçün Valentina xəstəxanaya aparıldı.

  4. 6 avqust 2020-ci il

    Təxminən səkkiz aydan sonra Tatyana ev dustaqlığından buraxıldı və ondan şəhəri tərk etməmək barədə iltizam götürüldü. Valentina ev dustaqlığında qaldı. Ona yalnız bir yaxın qohumu və vəkili ilə ünsiyyət etməyə icazə verilir.

  5. 2 oktyabr 2020-ci il

    Tatyana ilə Valentina barəsində 400 səhifəlik ittiham aktı təqdim edildi. Bacılar «ekstremist təşkilatın fəaliyyətini gizlətmək üçün» müəyyən tədbirlər görməkdə ittiham olunurlar.

  6. 14 oktyabr 2020-ci il

    İlkin məhkəmə iclası zamanı hakim işi əlavə araşdırma üçün prokurorluğa göndərməyi qət etdi, çünki təqdim olunan sübutlar qəbuledilməz idi. Baxmayaraq ki Valentina məhkəmə iclası zamanı ayaq üstə dura bilmirdi, məhkəmə onu ev dustaqlığından azad etməkdən imtina etdi.

  7. 25 fevral 2021-ci il

    Apelyasiya instansiyası işin prokurorluğa göndərilməsi barədə qərardadı ləğv etdi və məhkəmə araşdırması davam etdi.

Bacılar barədə məlumat

Dua edirik ki, Yehova bundan sonra da Rusiya və Krımda təqib olunan dindaşlarımız, o cümlədən Valentina və Tatyana üçün güc mənbəyi və qalxan olsun (Zəbur 28:7).