Kontentə keç

Yuxarı cərgə, soldan sağa: Aleksey Boqatov, Yevgeni Fomaşin və Vladimir Mavrin

Aşağı cərgə, soldan sağa: Andrey Murıç və Sergey Tyurin

29 NOYABR 2023
RUSİYA

Saratov vilayətində beş qardaş həbs olundu

Saratov vilayətində beş qardaş həbs olundu

23 noyabr 2023-cü il tarixində Saratov Vilayətinin Balakovo Rayon Məhkəməsi qardaşlarımız Aleksey Boqatov, Yevgeni Fomaşin, Vladimir Mavrin, Andrey Murıç və Sergey Tyurinin işi üzrə qərarını elan edib. Aleksey və Vladimir altı il müddətinə şərti həbs cəzasına məhkum edilib, Andrey, Sergey və Yevgeni isə 300 000 rubl (3362 ABŞ dolları) məbləğində cərimə olunub. Qardaşlar həbsxanaya salınmayacaq.

Qardaşlar barədə məlumat

Bu beş qardaşın nümunəsi bizə xatırladır ki, Yehovanın gücünə güvənsək, istənilən çətinliyə dözə bilərik (2 Timutiyə 1:8).

Hadisələrin gedişatı

  1. 11 fevral 2022-ci il

    Cinayət işi açıldı

  2. 23 mart 2022-ci il

    FTX beş qardaşın evində axtarış apardı. Qardaşlar sorğu-sual olundu və müvəqqəti saxlama kamerasına salındı

  3. 25 mart 2022-ci il

    Qardaşlar istintaq təcridxanasına köçürüldü

  4. 23 yanvar 2023-cü il

    Qardaşlar təcridxanadan buraxıldı və onlardan başqa yerə getməmək barədə iltizam alındı

  5. 21 iyul 2023-cü il

    Cinayət işi üzrə məhkəmə icraatı başladı

  6. 23 noyabr 2023-cü il

    Məhkum olundular