Kontentə keç

Soldan sağa: qardaşlarımız Sergey Britvin və Vadim Levçuk məhkəmə zalında qəfəsdə

20 AVQUST 2020
RUSİYA

Sergey Britvin və Vadim Levçuk altı il yarım müddətinə həbsə məhkum edilə bilər

Sergey Britvin və Vadim Levçuk altı il yarım müddətinə həbsə məhkum edilə bilər

Hökmün elan ediləcəyi tarix

Təklif edilmiş cəza növü

Altı il yarım müddətinə həbs

Qardaşlar barədə qısa məlumat

Sergey Britvin

  • Doğulduğu il: 1965 (Kemerovo vilayəti)

  • Bioqrafiya. Uzun illər krançı və yük maşını sürücüsü işləyib. Səhhəti ilə əlaqədar vaxtından əvvəl pensiyaya çıxıb. İdmanı sevir

  • 1992-ci ildə Natalya ilə ailə həyatı qurub. 1995-ci ildən etibarən Müqəddəs Kitabı araşdırır. Ölənlərin diriləcəyi barədə təlim onu cəlb edib. Bir neçə ildən sonra həyat yoldaşı ondakı çoxlu müsbət dəyişiklikləri görüb Müqəddəs Kitabı öyrənməyə başladı

Vadim Levçuk

  • Doğulduğu il: 1972 (Kemerovo vilayəti)

  • Bioqrafiya. Qeyri-dindar ailədə böyüyüb. 14 il şaxtaçı işləyib

  • 1992-ci ildə Müqəddəs Kitabı araşdırmağa başlayıb. 1997-ci ildə Tatyana ilə ailə qurub. İki oğlu var. Bütün ailə Müqəddəs Kitab prinsiplərinə uyğun yaşayır. Onlar idmanı və təbiət qoynunda istirahət etməyi sevirlər

Cinayət işi barədə məlumat

22 iyul 2018-ci il tarixində Federal Təhlükəsizlik Xidməti (FSB) Beryozovski şəhərində dindaşlarımızın yaşadığı səkkiz evə reyd keçirdi. Hər iki qardaş tutulub sorğu-sual edildi. Kemerovo Vilayətinin Mərkəzi Rayon Məhkəməsinin qərarı ilə onlar məhkəməyədək həbsə alındı. Təxminən bir il yarım onları həbsdə saxladılar. 25 dekabr 2019-cu il tarixindən onlar ev dustaqlığındadır.

Ümumilikdə Kemerovo vilayətində beş qardaşımız barədə cinayət işi açılıb. Rusiyada həbsdə olan bütün bacı-qardaşlar barədə hərarətlə dua edirik. İbranilərə 13:3 ayəsində deyilir: «Həbsdə olanları yaddan çıxarmayın, elə bilin ki, siz də onlarla birgə həbsdəsiniz, pis rəftara məruz qalanları da unutmayın, çünki siz özünüz də hələ yerdə yaşayırsınız».

a Tarix dəyişə bilər.