Kontentə keç

24 NOYABR 2020
RUSİYA

Sergey Ledenyov iki il şərti həbs cəzasına məhkum edildi

Sergey Ledenyov iki il şərti həbs cəzasına məhkum edildi

24 noyabr 2020-ci il tarixində Kamçatka vilayətinin Petropavlovsk-Kamçatski Şəhər Məhkəməsi Sergey Ledenyovun işi üzrə hökmü elan edib. O, üç il sınaq müddəti ilə iki il şərti həbs cəzasına məhkum edilib. Bu dəfə o, həbsxanaya getməyəcək.

Sonuncu məhkəmə iclasında Sergey onun üçün Yehovanın Şahidi olmağın nə demək olduğunu cəsarətlə izah etdi. O dedi: «“Yehova” hansısa xalqın, təşkilatın və ya dinin adı deyil. “Yehova” Allahın yeganə şəxsi adıdır. Müqəddəs Kitabda “Əşiya” bölməsində Yehova Öz sadiq xidmətçilərini “şahidləri” adlandırır. Buna görə 1931-ci ildə keçirilmiş toplantıda “Yehovanın Şahidləri” adı qəbul olunmuşdu. Bu adda Allahın şahidi olmaq, yəni Onun Yaradan, Xilaskar, Külli-İxtiyar olduğu və insanlar üçün gözəl niyyəti barədə danışmaq tapşırığı əks olunub. Bu həm mən, həm də dindaşlarım üçün böyük şərəfdir» (Əşiya 43:10).

Sergey böyük əminliklə məhkəməyə dedi: «Mən heç bir cinayət törətməmişəm, buna görə utanmağa səbəbim yoxdur. Həm Allah, həm də insanlar qarşısında vicdanım təmizdir».