19 YANVAR 2021
RUSİYA
Sergey Ledenyovun apellyasiya şikayəti rədd edilib
19 yanvar 2021-ci il tarixində Kamçatka Vilayət Məhkəməsi Sergey Ledenyovun apellyasiya şikayətini rədd edib. Birinci instansiya məhkəməsinin təyin etdiyi ikiillik şərti həbs cəzası qüvvədə qalır. Cəza şərti olduğu üçün o, həbsxanaya getməyəcək.
Qərar verilməzdən əvvəl Sergeyə məhkəmə qarşısında son sözü ilə çıxış etmək imkanı verildi. O, imanını cəsarətlə müdafiə etdi və Yehovaya ibadət etməyə qəti qərarlı olduğunu bildirdi. O dedi: «Mənim imanın hər hansı bir təşkilatın nizamnaməsinə deyil, Müqəddəs Kitaba əsaslanır. Misal üçün, “hər evin bir bənnası var, hər şeyin bənnası isə Allahdır” və Onun adı “Yehovadır” (İbranilərə 3:3; Çıxış 15:3). Heç bir ittiham hökmü bu adı Müqəddəs Kitabdan və mənim ürəyimdən silməyə qadir deyil».