25 MART 2021
RUSİYA
Sergey Melnikov «insan gücündən üstün olan» gücə görə Yehovaya minnətdardır | YENİLƏNİB
12 may 2022-ci il tarixində Primorsk Vilayət Məhkəməsi Sergey Melnikovun apelyasiya şikayətini təmin etmədi. Birinci instansiya məhkəməsinin təyin etdiyi cəza şərti olduğu üçün qardaş bu dəfə həbsə salınmayacaq.
3 fevral 2022-ci il tarixində Ussuriysk Rayon Məhkəməsi (Primorsk vilayəti) Sergey qardaşı üç il müddətinə şərti həbs cəzasına məhkum etdi.
Qardaş barədə məlumat
Sergey Melnikov
Doğulduğu il: 1973 (Primorsk vilayəti, Terney qəsəbəsi)
Bioqrafiya. Dülgər, yanğınsöndürən, balıqçı və dalandar işləyib. Gənc yaşlarında xokkey və voleybol oynamağı sevirdi. 2000-ci illərin əvvəlində Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırmağa başladı. 2003-cü ildə Ussuriysk şəhərinə köçdü və həmin il vəftiz olundu.
Cinayət işi haqda məlumat
2019-cu ilin iyun ayında Sergey barədə cinayət işi açıldı. O, Müqəddəs Kitaba maraq göstərən kişi ilə söhbət etdiyi zaman həbs olunmuşdu. Onun evində axtarış aparıldı, notbuku və mobil telefonu müsadirə edildi.
Sergey dörd ay məhkəməyədək həbsdə və 145 gün ev dustaqlığında keçirdi. Bəzən ona elə gəlirdi ki, dözməyə daha gücü yoxdur. Belə anlarda qardaş 1 Korinflilərə 10:13 ayəsini yadına salırdı və elə həmin an ürəyi sakitləşirdi. Sergey deyir: «Mən anlayırdım ki, əgər Yehova bu sınağa yol verirsə, ona dözə biləcəyəm. Yehova mənə “insan gücündən üstün olan [güc]” verdi» (2 Korinflilərə 4:7).
25 fevral 2020-ci il tarixində Sergey ev dustaqlığından azad edildi. Bununla belə, ondan başqa yerə getməmək barədə iltizam alınıb.
Biz əminik ki, Yehova bütün bu müddət ərzində Sergeyə və Rusiyadakı digər bacı-qardaşlarımıza kömək edəcək və onların qalxanı olacaq (Zəbur 115:11).