Kontentə keç

Sergey Polyakov və həyat yoldaşı Anastasiya

7 DEKABR 2022
RUSİYA

Sergey Polyakov Rusiya həbsxanasından azad edildi

Sergey Polyakov Rusiya həbsxanasından azad edildi

30 noyabr 2022-ci il tarixində Sergey Polyakov qardaş məhkum olunduğu üç illik həbs cəzasını çəkəndən sonra azadlığa buraxıldı. 4 iyul 2018-ci il tarixində həbs olunandan bəri qardaş müxtəlif həbs cəzalarına məhkum edilib, o cümlədən 5 ay müddətində təkadamlıq kameraya salınıb.

Sergey Polyakov son 16 aylıq həbs müddətini evindən təxminən 3000 kilometr uzaqlıqda yerləşən Valday şəhərindəki cəzaçəkmə koloniyasında keçirib. O, çox imanlı bir məhbus kimi tanınıb, həmçinin həbsxanadakı işçilərin və digər məhbusların hörmətini qazanıb. Həbsxanada olduğu müddətdə dostlarından və qohumlarından aldığı məktublar Sergey qardaşı ruhlandırırdı. Əksər vaxtlarda ona gün ərzində gələn məktubların sayı bütün koloniyadakı təxminən 250 nəfərə gələn məktubların sayından çox olurdu.

Azad ediləndən sonra Sergey qardaş həyat yoldaşı Anastasiya ilə qovuşdu. Anastasiya bacı da həmçinin təkadamlıq kamerada beş ay müddətində həbs cəzası çəkib. O, ibadətdə iştirak etdiyi üçün təqsirli bilinmiş və şərti həbs cəzasına məhkum edilmişdi. Polyakovlar ailəsi 2017-ci ildə Ali Məhkəmənin Yehovanın Şahidlərinin fəaliyyətini qanunsuz elan edən qərarından sonra həbs olunan ilk ər-arvad olub.

Hal-hazırda 100-dən çox bacı-qardaş Rusiya və Krımda həbsdə saxlanılır. Əminik ki, Yehova Allah bundan sonra da Onun qarşısında vicdanını təmiz saxlamaqdan ötrü əzablara qatlaşan və haqsızlığa məruz qalanlara dayaq olacaq (1 Butrus 2:19).