30 YANVAR 2024
RUSİYA
Sona Olopova bacı iki il müddətinə cəzaçəkmə müəssisəsində islah işlərinə məhkum edildi
25 yanvar 2024-cü il tarixində Samara vilayətinin Tolyatti şəhərinin Mərkəzi Rayon Məhkəməsi Sona Olopova bacını təqsirli bildi və onu iki il müddətinə cəzaçəkmə müəssisəsində islah işlərinə məhkum etdi. O, cəzaçəkmə müəssisəsində qalıb ictimai işlərlə məşğul olacaq.
Bacı barədə məlumat
Əminik ki, Yehova Ona etibar edən Sonanı və digər imanlı bəndələrini müdafiə etməyə və onlara Öz sevgisini göstərməyə davam edəcək (Zəbur 86:2).
Hadisələrin gedişatı
15 may 2023-cü il
Cinayət işi açıldı
16 may 2023-cü il
Evində axtarış aparıldı. Sorğu-sual edildi və başqa yerə getməmək barədə iltizam alındı.
6 sentyabr 2023-cü il
Cinayət işi üzrə məhkəmə icraatı başladı
25 yanvar 2024-cü il
Təqsirli bilindi və iki il müddətinə cəzaçəkmə müəssisəsində islah işlərinə məhkum edildi
a Sona Olopovanın müsahibəsi məhkəmənin qərarından əvvəl götürülüb.