Kontentə keç

Nikolay Polevodov və Stanislav Kim məhkəmə zalının qarşısında (oktyabr 2019-cu il)

31 YANVER 2020
RUSİYA

Stanislav Kim və Nikolay Polevodov iki cinayət işi üzrə ittiham olunur. Həmin işlərdən biri üzrə 4 fevral 2020-ci il tarixində qərarın verilməsi gözlənilir

Stanislav Kim və Nikolay Polevodov iki cinayət işi üzrə ittiham olunur. Həmin işlərdən biri üzrə 4 fevral 2020-ci il tarixində qərarın verilməsi gözlənilir

4 fevral 2020-ci il tarixində Xabarovsk şəhərinin Jeleznodorojnı Rayon Məhkəməsinin qardaşlarımız Stanislav Kim və Nikolay Polevodovun işi üzrə qərar verməsi gözlənilir. Prokuror onları üç il müddətinə ümumi rejimli həbsxanaya məhkum etməyi xahiş edib. Eyni zamanda həmin şəhərin İndustrialnı Rayon Məhkəməsində onların ikinci cinayət işi üzrə araşdırma gedir.

Stanislav və Nikolay 10 noyabr 2018-ci il tarixində həbs olunmuşdular. Həmin gün Xabarovskdan olan 50-dən çox bacı-qardaş icarəyə götürdükləri kafedə istirahət edirdi. Bu, dini yığıncaq deyildi. Bir qədər sonra xeyli sayda polis əməkdaşı və şəhər istintaq komitəsinin üzvləri kafeyə soxularaq hamını həbs etdi. Stanislav və Nikolay, eləcə də Vitali Juk qardaş iki aydan çox müddətə məhkəməyədək həbsə alınmış, sonra isə bir neçə ay ev dustaqlığında saxlanılmışdı.

Fevralın 4-ü yalnız Stanislav və Nikolayın cinayət işi üzrə qərar çıxarılacaq. Onlar kafedəki görüşdə iştirak etməkdə ittiham olunur. Lakin Stanislav, Nikolay və Vitali qardaşa, eləcə də kafedəki görüşdə iştirak etmiş üç bacıya qarşı başqa bir cinayət işi də açılıb. Bu işdə Stanislav və Nikolay həmin görüşü təşkil etməkdə ittiham olunurlar. Həmin iş üzrə məhkəmə qərarının verilmə tarixi hələ təyin olunmayıb.

Stanislav və Nikolayın vəziyyəti qeyri-adidir, çünki onlar eyni vaxtda iki cinayət işi üzrə cavabdeh qismində çıxış edirlər. Müstəntiqlər onların işlərini bir icraatda birləşdirməmək qərarına gəlmişlər. Bu səbəbdən qardaşlar şəhərin müxtəlif rayon məhkəmələrində məhkəmə iclaslarında iştirak etmək məcburiyyətindədir.

Hər iki qardaş evlidir və uşaqları var. Biz əminik ki, Yehova əziz qardaşlarımıza və onların ailə üzvlərinə müqəddəs ruhundan verərək ürəklərini və fikirlərini qoruyacaq və onlara sınaqlar zamanı sadiq qalmağa kömək edəcək (Filippililərə 4:7).