15 FEVRAL 2021
RUSİYA
Svetlana Monis imanına görə cərimə edildi
15 fevral 2021-ci il tarixində Yəhudi Muxtar Vilayətinin Birobican Rayon Məhkəməsi Svetlana Monis bacını qadağan olunmuş təşkilatın fəaliyyətində iştirak etməkdə təqsirli bilərək 10 000 rubl (135 ABŞ dolları) məbləğində cərimə etdi.
Məhkəmədə son sözü ilə çıxış edərkən Svetlana iman və cəsarət göstərdi. O dedi: «Məhkəmənin nəzərinə çatdırmaq istərdim ki, mən Ağamız İsa Məsih və onun Atası Yehova Allaha görə sizin qarşınıza çıxarılmışam. Görün Müqəddəs Kitabda bu barədə nə deyilir. 1 Butrus 4:14—16 ayələri: “Əgər sizi Məsihin adına görə təhqir edirlərsə, xoşbəxtsiniz, çünki şərəf ruhu, yəni Allahın ruhu üzərinizdədir. Təki sizlərdən heç kim qatil, oğru, cani və ya başqalarının işinə qarışan adam kimi əzab çəkməsin. Əgər insan məsihi olaraq əzab çəkirsə, qoy utanmasın, əksinə, bu adı daşıdığı üçün Allaha şükür etsin”».